Xəbərin Varmı Ana .

Yazar: ADMIN @ İyun 30, 2009 9:32

Bilirsənmi ana?
Sən aramızdan ayrıldıqdan sonra
Nə çox dəyişiklik oldu, şirin yuvamızda.
Beşiğymi yellədiyin,
"Mən ölsəm sənə nə olacaq?" deyə ağladığın
Bağçasında neçə dəfə düşüb də qıçımı incitdiyim
Çiçəklərini suladığım, quşlara yem verdiyim
O çardaqlı evimizi satdıq
Və ardından
Mehriban Babamın içində yaşadığı
İlk güldüyüm və ilk ağladığım yer
Hər küçəsində bir xatirəm olan
Dərəsində üzdüyüm, balıqlarıyla oynaşdığım
Gecələrində nağıl dinlədiyim
Bağçalarından meyvələrini yediyim
Kəndimizi tərk etdik

Atam yasını çox tutmadı, ana
Yaşıl gözlü, gənc bir qadın gəldi evimizə
Yeni anammış guya, atamın dediyinə görə.
İnsanın bir anası olar, deyilmi, ana?
Təklik....
Yalnız məzarda olmazmış, ana...

Bir görsən mən indi nələr edirəm.
Duşumu belə özüm edirəm
Gözümə sabun qaçır bəzən amma,
Hirslənərlər deyə ağlaya bilmirəm
Paltarlarımı özüm geyinir,
Düymələrimi tikirəm, bəzən
Sənin öyrətdiyin duaları çoxdan unutdum, ana
Artıq dualarımı göz yaşlarımla edirəm.
Ən çox nə istəyirəm Allahdan bilirsənmi, ana?
Böyümək!
Yaşamadan uşaqlığımı.

Güclü qollarım olsun istəyirəm
Bir də balaca bir evim.
Barmaqlarımın üzərinə basmadan yeriyə biləcəyim,
Titrəmədən danışacağam,
Qorxusuz gülə biləcəyim
Bir evim.

Məzarından qalxıb gəlsən atamı tanıya bilməzdin, ana
iş dönüşü axşamları öpməz oldu gözlərimdən.
Söz verdiyi o velosipedi belə almadı, sən ölüncə.
Sünnət toyu da etmədi atam.
İndi nə edirəm, ana?
Yatışlı imtahanını qazandım, pulsuz oxuyuram.
Ümidlə baxıram artıq sabahlara
Və böyük bir adam olduğumda, ana
İlk maaşımla velosiped alacağam bir yetimə.



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha